"Qazaxıstan və Azərbaycan bizimlə eyni səviyyədədi"

14:57 - 1 İyun 2022

Belarus milli komandasının baş məşqçisi Georgi Kondratyev yerli federasiyanın rəsmi saytına açıqlama verib.


Sportal.az xəbər verir ki, 62 yaşlı mütəxəssis komandasının UEFA Millətlər Liqasındakı şanslarını dəyərləndirib. O, Azərbaycanla eyni səviyyədə olduqlarını bildirib:

 

"Qazaxıstan və Azərbaycan bizimlə eyni səviyyədədir. Bu komandalarla oyunda yaxşı hazırlıq keçən, hücumda fürsətlərdən yararlanmağı bacaran və müdafiədə səhv buraxmayan qalib gələcək. Ona görə də müdafiədə diqqətli olmalı və qol imkanlarından istifadə etməkiyik. Slovakiya ilə oyunumuzdan da çox şey asılıdır. Bu matçı uğurlu keçirsək, növbəti görüşlərdə yaxşı şansımız olacaq".

 

Azərbaycan milli komandası  iyunun 6-də səfərdə, 13-də isə Bakıda Belarusla qarşılaşacaq.

Xəbər xətti