"Barselona" iki futbolçunun transferini həll etdi

16:28 - 1 İyun 2022

"Barselona" artıq iki futbolçunun keçidini həll edib. 

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Frank Kessi və Andreas Kristenseni razı sala bilib.

Amma klub maliyyə feyr-pleyinə görə hələ ki, onlardan heç birini sifariş edə bilməyib. Buna baxmayaraq, "Barselona" rəhbərliyi həm həm Kessiyə, həm də Kristensenə zəmanət veriblər ki, onların transferi zaman məsələsidi və yaxın günlərdə hər şey rəsmiləşəcək.

 

Xəbər xətti