Neymar millinin məşqində zədələndi

17:15 - 1 İyun 2022

Braziliya milli komandasının düşərgəsində olan Neymar zədələnib.


Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu "sambaçılar"ın bu gün baş tutan məşqində ayağından xəsarət alıb. Məşqi davam etdirə bilməyən PSJ-nin ulduzu paltardəyişmə otağına yollanıb.


Təcrübəli futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu tibbi müayinədən sonra məlum olacaq.


Braziliya milli komandası sabah Cənubi Koreya yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək.

Xəbər xətti