"Sevilya" onunla yollarını ayıra bilər

18:41 - 1 İyun 2022

"Sevilya"nın argentinalı yarımmüdafiəçisi  Lukas Okampos komandanı tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, klub yay transfer pəncərəsində təklif gələcəyi təqdirdə 27 yaşlı futbolçunu buraxmağa hazırdır.  Əndəlüs  təmsilçisinə 30 milyon avroluq təklif gəlsə, Okampos komandanı tərk edəcək.

 

Argentina millisinin üzvünün  "Sevilya"  ilə müqaviləsinin müddəti 2024-cü ildə sona çatır.

 

Qeyd edək ki, 2019-cu ildə  "Marsel"dən transfer olunan oyunçu son mövsüm  La Liqada 30 matçda 6 qol, 4 asisst ilə yadda qalıb. 

Xəbər xətti