"Valensiya" gələn mövsümə yeni baş məşqçi ilə başlaya bilər.
Sportal.az xəbər verir ki, rəhbərlik hazırkı çalışdırıcı Xose Bordalasın işindən narazıdır. Komanda son mövsüm onun başçılığı altında La Liqada 9-cu pilləni tutub.
"Napoli"nin sabiq çalışdırıcısı Cennaro Qattuzo klubun sükanı arxasına keçməyə yaxındır. İtaliyalı mütəxəssis "yarasalar"ın rəhbərliyi ilə müqavilə şərtlərini müzakirə edib.
Qeyd edək ki, 44 yaşlı mütəxəssis daha əvvəl "Sion", "Piza", "Milan", "Napoli" kimi klublarda işləyib.
saytlarin hazirlanmasi
