"Everton"un futbolçusu üçün Premyer Liqa nəhənglərinin transfer savaşı

21:08 - 1 İyun 2022

"Everton"un hücumçusu Dominik Kalvert-Levin klubu tərk edə bilər. 

 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Arsenal", "Mançester Yunayted" və "Nyukasl" maraqlanır. Xəbərə görə, Liverpul təmsilçisini razı salacaq  təklif gələrsə, klub Kalvertin gedişinə mane olmayacaq. 

 

Nyukasl şəhərinin təmsilçisi hələ ki, rəqiblərinə nəzərən bir addım öndədir. 

 

Qeyd edək ki, geridə qalan mövsümdə zədə üzündən cəmi 18 oyunda iştirak edən ingilis futbolçu 5 qolla yadda qalıb. 

Xəbər xətti