"Yuventus" "Marsel"in futbolçusu Arkadiuş Miliklə maraqlanır.
Sportal.az xəbər verir ki, məlumatı "Corriere dello Sport" yayıb.
Turin təmsilçisi hücumçuya görə müqavilə ilə məxsus olduğu "Napoli"yə təklif göndərib. Xəbərdə o da qeyd edilib ki, transfer reallaşacağı təqdirdə, bu keçid "qoca sinyora"ya 10-15 milyon avroya başa gələcək.
Qeyd edək ki, geridə qalan mövsümdə "Marsel" klubunun heyətində bütün turnirlər nəzərə alınmaqla 37 oyuna çıxan Polşa millisinin futbolçusu 24 qol, 20 məhsuldar ötürmə ilə yadda qalıb.
Onu da xatırladaq ki, 28 yaşlı hücumçu Fransa klubunun heyətində bu mövsüm ilk dəfə baş tutan Konfrans Liqasının pley-offunda təmsilçimiz "Qarabağ"ı (3-1; 3-0) turnirdən kənarlaşdırdığı görüşlərdə iştirak etmişdi. Arkadiuş Milik Marseldə keçirilən ilk gorüşdə iki qol vurmağı da bacarmışdı.
saytlarin hazirlanmasi
