Türkiyənin "Hatayspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, yeni mövsümdə Super Liqa təmsilçisini Sərkan Özbalta çalışdıracaq. 43 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Son iş yeri "Altay" olan Özbalta "Hatayspor"un baş məşqçisi postunda Ömər Ərdoğanı əvəz edib.