"Qazaxıstan millisi Azərbaycana qollar vuracaq"

11:59 - 2 İyun 2022

Rusiyalı məşqçi Anatoli Bişoveç UEFA Millətlər Liqasının birinci turu çərçivəsində baş tutacaq Qazaxıstan - Azərbaycan görüşü haqda danışıb.


Sportal.az xəbər verir ki, Qazaxıstan mətbuatına danışan 76 yaşlı mütəxəssis meydan sahiblərinin hücum futbolu oynayacağını bildirib:


"Vaxt tapdıqca Qazaxıstan millisinin oyunlarını izləyirəm. "Astana Arena"da bütün matçlar möhtəşəm keçir. Qazaxıstan yığması evdə cəsarətli oynayır, heç kimdən qorxmur. Onlar hücum futbolu oynayacaq. Qazaxıstan qollar vuracaq".


Qazaxıstan - Azərbaycan qarşılaşması sabah Bakı vəxtilə saat 18:00-da start gotürəcək.

Xəbər xətti