"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırır

21:24 - 2 İyun 2022

"Yuventus"  müdafiəçisi Mattia De Şilyonu komandada saxlayacaq.

 

Sportal.az  xəbər verir ki, Turin təmsilçisi futbolçu ilə 2025-ci ilə qədər nəzərdə tutulan sözləşmə imzalayacaq. Yeni müqavilə ilə 29 yaşlı oyunçu əvvəlki kimi 3 milyon avro yox, 1,7 miyon avro maaş qazanacaq.

 

Qeyd edək ki, geridə qalan mövsümdə  "qoca sinyora"nın heyətində 29 oyuna çıxan italiyalı müdafiəçi  1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti