"Salernitana" baş məşqçisi Valter Sebatini ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis başa çatan mövsümdə komandanın 17-ci pilləni tutaraq A seriyasında saxlamağı bacarmışdı.
Buna baxmayaraq rəhbərlik 67 yaşlı məşqçi ilə yollarını ayırıb. Sabatini 2022-ci ilin yanvar ayından komandanı çalışdırırdı.
