"Beşiktaş" "Vulverhempton"un müdafiəçisi Romen Saiss ilə maraqlanır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli oyunçuya 2 illik müqavilə təklif edib. Təcrübəli müdafiəçi razılıq verəcəyi halda illik 1,5 milyon avro qazanacaq.
Mərakeş millisinin üzvü yığmada 43 matçda 1 qol vurub.
32 yaşlı futbolçu "canavarlar"ın heyətində 206 oyunda 15 qolla yadda qalıb.
