"Astana"nın futbolçusu millimizə qarşı oynamayacaq

17:14 - 2 İyun 2022

Belarus millisi Millətlər Liqasının Azərbaycana qarşı keçiriləcək oyunlarına itkilərlə çıxacaq.

Sportal.az Belarus mətbuatına istinadən xəbər verir ki, komandanın aparıcı üzvü Denis Polyakov iyunun 6-ı və 13-də keçiriləcək görüşlərdə meydana çıxa bilməyəcək.

"Astana”nın futbolçusu zədə səbəbindən bu oyunda iştirak etməyəcək. 

Xəbər xətti