“Keşlə”nin (indiki “Şamaxı”) sabiq çalışdırıcısı Yuri Maksimov Azərbaycana qayıda bilər.
Sportal.az xəbər verir ki, “footboom.com”a danışan ukraynalı mütəxəssis bu barədə danışıb. Onun dediyinə görə bir müddət əvvəl Azərbaycan klubundan dəvət alıb:
"Hansı planlar olacaq? Azərbaycana qayıtmaq variantım var idi. Amma mən özüm də istəmədim. Çünki indi əsas planda müharibədi. Futbol isə ikinci plana keçib. 21-ci əsrdə görün nələr baş verir. Kim bunu təsəvvür edərdi? Ölkəmiz üçün narahatam”.
2017/2018 mövsümündə “Keşlə”yə Azərbaycan kbuokunu qazandırmış Maksimov 2019-cu ildən “Vorskla”nı çalışdırır.
saytlarin hazirlanmasi
