Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev Millətlər Liqasının ilk turuunda Azərbaycana qarşı keçiriləcək oyun barədə mətbuat konfransında danışıb.
Sportal.az "vesti.kz" portalına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis millimizin necə futbol oynayacağını bildiyini də deyib: "Sabah bizimlə qarşılaşacaq Azərbaycan layiqli rəqibdi. Hesab edirəm ki, biz də onlar qədər layiqli komandayıq. Rəqibin hansı futbolu oynadığını bilirik. Azərbaycan millisinin oyuna hansı sxemlə çıxacağından xəbərdar deyilik. Amma istənilən sxemə qarşı oynamağa hazırıq.
Azarkeşlərimiz önündə, öz arenamızda qalib gəlmək istədiyimiz çətin oyun bizi gözləyir. Bizim komandada ehtiyat oyunçu anlayışı yoxdu. Oyunçularımı ehtiyat və əsas heyətə bölə bilmərəm. 24 oyunçunun hamısı mənimdi. 10 gündə 4 oyunumuz var, bunun üçün qüvvələrimizi düzgün bölüşdürməliyik. Azərbaycanla oyuna hazırlaşarkən, təbii ki, iyunun 6-da baş tutacaq görüşü də diqqətdən kənara qoymuruq. Çünki uçuşumuz olacaq və saat qurşağı dəyişəcək, bu, öz təsirini göstərəcək".
Mirbağırağa
