"Milan"nın texniki direktoru Paolo Maldini komandanın futbolçusu Rafael Leao haqda danışıb.
Sportal.az 53 yaşlı klub rəsmisi portuqaliyalı forvardın komandada qalmasından yana olduğunu deyib:
"Portuqaliyalı hücumçunu "Lill"dən transfer etdik və ona dərhal 150 milyon avro sərbəst qalma məbləği təyin etdik. Nə üçün? Ona görə ki, onun satılmağını istəmirik. Rafael Leao komandada qalmalıdı. O, istedadlı və gənc futbolçudu".
"Real" və PSJ Portuqaliya millisinin üzvünü transfer etmək niyyətindədi.
2019-cu ildə "Lill"dən 24 milyon avroya transfer olunan 22 yaşlı hücumçu "qırmızı-qaralar"ın heyətində 115 oyunda 27 qolla yadda qalıb.
