Şevçenko Ukraynanın Şotlandiya üzərindəki qələbəsinə biganə qalmadı

21:59 - 2 İyun 2022

Ukrayna millisinin sabiq baş məşqçisi  Andrey Şevçenko ölkəsinin yığma komandasının Şotlandiya üzərində qələbəsinə (3:1) biganə qalmayıb.

Sportal.az  xəbər verir ki, o, DÇ-2022-nin pley-off mərhələsinin Qlazqoda baş tutan yarımfinal görüşündə inamlı qələbə qazanan millini sosial şəbəkə hesabında dəstəkləyib:

"Ukrayna millisini qələbə münasibəti ilə təbrik edirəm! Yaşasın Ukrayna!"

Qeyd edək ki, Ukrayna Qətərdə baş tutacaq mundialda çıxış etmək üçün pley-off mərhələsinin finalında Uels millisini məğlub etməlidir. Həlledici görüş iyunun 5-də keçiriləcək.

Xəbər xətti