PSJ-nin qapıçısı "Nitsa"ya keçdi

22:43 - 2 İyun 2022

PSJ Marçin Bulkanı icarəyə verdiyi "Nitsa"ya satıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Nitsa"nın məşqçilər korpusu polşalı qolkiperin performansından razı olduğuna görə onu birdəfəlik transfer edib. Klub müqavilənin detallarını açıqlamayıb.

Bulka Paris təmsilçisinin heyətində cəmi iki oyuna çıxıb.

Geridə qalan mövsümdə Liqa 1-də 5 matça çıxan 22 yaşlı qolkiper 2 top buraxıb.

Xəbər xətti