Yığmamız Kiprə yollandı

00:01 - 3 İyun 2022

3x3 basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi Serbiyadakı təlim-məşq toplanışını yekunlaşdırıb.

Sportal.az xəbər verir ki, yığmamız Avropa Kubokunun seçmə oyunlarını keçirəcəkləri Kiprin Limassol şəhərinə yollanıb.

Millinin heyətində Orxan Aydın, Endar Poladxanlı, Amil Həmzəyev, Zaur Paşayev və Cordan Devis yer alıb.

B qrupunda Kipr, Andorra və Lüksemburq komandaları ilə mübarizə aparan Azərbaycan iyunun 4-5-də oyunlarını keçirəcək.

Finala çıxacaq komandalar sentyabrın 9-11-də Qratsda (Avstriya) keçiriləcək Avropa Kubokuna vəsiqə qazanacaq.

Xəbər xətti