Türkiyə Superliqasına vəsiqə qazanan son komandanın adı məlum olub.
Sportal.az xəbər verir ki, "İstanbulspor" illər sonra yenidən Superliqaya qayıdıb.
Bu klub pley-off mərhələsinin finalında "Bandırmaspor"a 2:1 hesabı ilə qalib gəlib.
Belədə, onlar 2022/2023 sezonunda yüksək liqada oynamaq haqqı qazanıb.
Öncə isə "Ankaragücü" və "Ümraniyespor" Superliqaya vəsiqə əldə etmişdi. Bu klub sonuncu dəfə 2004/2005 mövsümündə Superliqada mübarizə aparmışdı.
