İtaliya millisinin üzvü Emerson "Çelsi"yə qayıtmaq haqda düşünür.
Sportal.az "goal"a istinadən xəbər verir ki, hazırda icarə əsasında "Lion"da çıxış edən müdafiəçi London klubuna dönməkdən şad olacağını söyləyib: "Hələ də Tomas Tuhellə danışmağa imkan tapmamışam. "Çelsi" ilə müqaviləm var. Üç il bu komandanın uğurları üçün mübarizə aparmışam. Orada dostlarım var. "Çelsi"yə qayıtmağıma şad olardım. Çünki mənim üçün əla klubdu, əla yerdi. Amma bu komandaya qayıdıb-qayıtmayacağımı dəqiq bilmirəm. Hər şeyi zaman göstərəcək".
27 yaşlı futbolçu 2018-ci ildə “Roma”dan “Çelsi”yə keçmişdi. Braziliyanın U-17 yığmasının sabiq üzvü 2018-ci ildən İtaliya millisində şçıxış edir. Futbolçu “Santos”, “Palermo” klublarında da oynayıb. 2021-ci ildən isə “Lion”un formasını geyinir.
