Belarus - Azərbaycan matçının hakimləri bilindi

12:33 - 3 İyun 2022

Azərbaycan millisinin Millətlər Liqasının qrup mərhələsinin ikinci turunda Belarusa qarşı keçirəcəyi matçın hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Məhəmməd Əl-Hakimə Fredrik Kliver və Markus Lundqren Klitte kömək edəcək. Dördüncü hakim funksiyasını Qranit Magedonçi yerinə yetirəcək.

Millimiz mayın 6-da Serbiyanın Novi Sad şəhərində Belarusun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

Xəbər xətti