"Real"la müqaviləsi başa çatan Qaret Beyl karyerasını İspaniyada davam etdirə bilər.
Slortal.az xəbər verir ki, uelsli vinger Madridin digər təmsilçisi "Xetafe"ye təklif olunub. Bu barədə klubun prezidenti Anxel Torres məlumat verib. Klub rəsmisi 32 yaşlı futbolçunun mümkün transferini dəyərləndirəcəklərini bildirib.
Qeyd edək ki, Qaret Beyl 2013-cü ilin yayından "Real"da çıxış edirdi. "Kral klubu" təcrübəli futbolçunun başa çatan müqaviləsini yeniləməyib.
