İlkay Gündoğan: "Komanda oyunu sərgiləyə bildik"

16:56 - 8 İyun 2022

Almaniya millisinin yarımmüdafiəçisi İlkay Gündoğan Millətlər Lİqasında İngiltərəyə qarşı keçirdikləri oyun barəsində açıqlama verib.

 

Sportal.az xəbər verir ki, türk əsilli futbolçu matçdan sonra UEFA-nın saytına belə deyib:

 

"Biz aktiv və aqressiv çıxış etdik, təhlükəli vəziyyətlər yaratdıq. Fikrimcə, komanda oyunu sərgiləyə bildik. Şübhəsiz ki, İngiltərə millisinin hücumlarını tam şəkildə zərərsizləşdirə bilməsək də, müəyyən qədər oyuna nəzarət etməyə çalışdıq. Doğrudur, rəqib komanda sonda hesabı bərabərləşdirə bildi. Bu hesaba görə çox üzgünük".

 

Qeyd edək ki, almanlar oyunun 51-ci dəqiqəsində hesabda önə keçsə də, qonaq komanda 88-ci dəqiqədə Hari Keynin penalti zərbəsindən sonra matçın yekun nəticəsini müəyyənləşdirib.

Xəbər xətti