"Beşiktaş"ın müdafiəçisi Rıdvan Yılmaz karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Torino" müdafiəçi üçün İstanbul klubuna 5 milyon avro təklif etməyə hazırlaşır. Amma "qara qartal" bu məbləğə oyunçunu buraxmaq istəmir.
"Beşiktaş" Rıdvana görə Turin təmsilçisindən 7 milyon avro tələb edir. Klublar ortaq məxrəcə gəlməyə çalışır. Hətta İtaliya klubu müdafiəçinin keçidini qısa müddətdə tamamlamaq istədiyindən təklifi artırmağı nəzərdən keçirir.
Rıdvan 2018-ci ildən əsas komandada çıxış edir. 21 yaşlı oyunçu klubun öz yetirməsidir.
