"Barselona" yeni mövsümdə maaş limiti tətbiq edə bilər

18:39 - 8 İyun 2022

"Barselona" rəhbərliyi futbolçular üçün maaş limiti tətbiq etməyi planlaşdırır. 

Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu futbolçuların gəlirlərinin məhdudlaşdırılması ilə bağlı müzakirələr aparır. Klub prezidenti Xuan Laportanın fikrinə görə, komanda üzvləri ildə 10 milyon avrodan çox qazanmamalıdır. "Barselona"nın futbolçularının da bu təklifə qarşı çıxmayacağı gözlənilir. Xəbərə görə, komanda üzvlərinin əksəriyyəti klub rəsmisinin təklifi ilə razıdır.

Qeyd edək ki, "Barselona" son illər maliyyə problemləri yaşayır. Klub bu səbəbdən keçən mövsüm argentinalı ulduz Lionel Messi ilə müqavilə müddətini artırmayıb, yollarını ayırmışdı.

Xəbər xətti