Ukraynalı "Arsenal" və "Vest Hem" arasında seçim edəcək

20:33 - 8 İyun 2022

"Mançester Siti"nin ukraynalı futbolçusu Aleksandr Zinçenko iş yerini dəyişir.

Sportal.az "Evening Standard"a istinadən xəbər verir ki, yarımmüdafiəçi üçün seçim şansı çoxdu.

Ukrayna millisinin üzvü "Arsenal" və "Vest Hem"lə danışıqlar aparacaq.

Zinçenkonun “Mançester Siti” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

"Şəhərlilər" onun gedişinə şərait yaradacaq və transfer məbləği də tələb etməyəcək.

Xəbər xətti