Müller Filip Lamı geridə qoydu

21:51 - 8 İyun 2022

Almaniya millisinin UEFA Millətlər Liqasında İngiltərəyə qarşı keçirdiyi matçda əsas heyətdə meydana çıxan Tomas Müller komandada 114-cü oyununu keçirib.

 

Sportal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu bu göstərici ilə millinin sabiq üzvü Filip Lamı geridə qoyub (113 oyun). Müller oyun sayına görə siyahının 5-ci pilləsində qərarlaşıb.

 

Hücumçu 2010-cu ildən millinin üzvüdür.

 

Qeyd edək ki, siyahıya millidə 150 oyun keçirən Lotar Matteus başçılıq edir.

Xəbər xətti