"Fənərbaxça" Çexiya millisinin futbolçusunu transfer edir

22:20 - 8 İyun 2022

"Fənərbaxça" çexiyalı yarımmüdafiəçi Aleks Kralı heyətinə qatmağa hazırlaşır.

 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi futbolçunun çıxış etdiyi "Spartak" (Moskva) ilə danışıqlara başlayıb. 

 

 Çexiya millisinin futbolçusu 2019-cu ildən Moskva klubunda oynayır.

 

Qeyd edək ki, 24 yaşlı oyunçu geridə qalan mövsümü icarə əsasında "Vest Hem"də keçirib. Çexiyalı yarımmüdafiəçi London klubunun heyətində 6 oyunda meydanda olub.

Xəbər xətti