"Napoli" "Yuventus"dan ayrılacağı gözlənilən Federiko Bernardeskini heyətinə qatmaq istəyir.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Neapol təmsilçisi 28 yaşlı hücumçu ilə danışıqlara başlayıb. Klub futbolçuya 4 illik müqavilə təklif edib. Bu müddətdə Bernardeski illik 2,5 milyon avro qazanacaq. İtaliya millisinin üzvü isə qarşı tərəfdən 3 milyon avrodan çox maaş tələb edir.
Bernardeski 2017-ci ildən "Yuventus"da çıxış edirdi. O, Turin təmsilçisinin heyətində 183 matçda iş başında olub.
saytlarin hazirlanmasi
