"Tottenhem"in hücumçusu Harri Keyn İngiltərə millisinin heyətində 50-ci qolunu vurub.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasında Almaniya millisi ilə qarşılaşmada penaltidən bərabərlik qolunu vuran futbolçu millinin ikinci ən yaxşı bombardiri olub. O, bu göstəricidə əfsanəvi Bobbi Çarltonu (49 qol) geridə qoyub.
İngiltərə millisi tarixinin ən yaxşı bombardiri olmasından Keyni cəmi 3 top ayırır. Siyahının ilk pilləsində isə 53 qolla "Mançester Yunayted"in keçmiş forvardı Ueyn Runi qərarlaşıb.
Qeyd edək ki, 28 yaşlı oyunçu 2015-ci ildən millidə çıxış edir.
saytlarin hazirlanmasi
