FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının pley-off oyununu idarə edəcək.
Sportal.az xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, azərbaycanlı referi iyunun 11-də Super Liqada qalmaq uğrunda keçiriləcək “Veriya” – “Lamiya” arasındakı ilk final matçına təyinat alıb.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.
