"Neftçi"nin Samir Abasovu postunda saxlamamasının səbəbi bəlli oldu

11:35 - 9 İyun 2022

"Neftçi"nin Müşahidə Şurasının dünənki iclasında baş məşqçi Samir Abasovla yolların ayrılmasına qərar verilib.

Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqavilə müddətinin artırılmamasının səbəbi onun qarşısına qoyulan məqsədə çata bilməməsidi.

Belə ki, mövsümün əvvəlində Abasovun qarşısına ölkə çempionatında 2-ci, 3-cü pillələrdən birini tutmaq, bununla yanaşı ölkə kubokunu qazanmaq vəzifəsi qoyulubmuş. O, çempionatdakı vəzifəsinin öhdəsindən gəlsə də, ölkə kubokunu komandaya qazandıra bilməməsi işinə son verilməsinə gətirib çıxarıb. 

Abasov ötən mövsüm "Neftçi"yə çempionluq qazandırmışdı. "Ağ-qaralar" isə hazırda Viktor Qonçarenko və Yuriy Vernidubla danışıqlar aparır.

Xəbər xətti