Azərbaycanda keçiriləcək futbol üzrə yeni UEFA Region Kubokunun ilkin seçmə mərhələsinin qruplarının bütün iştirakçıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, Azərbaycanı 2-ci qrupda "Kolos"la (Belarus) mübarizə aparacaq Region Liqasının qalibi "Cəbrayıl" təmsil edəcək. Bu komandalar arasında oyunlar Şamaxı şəhər stadionunda keçiriləcək.
Bakıdakı ASK Arenada isə 1-ci qrupda mübarizə aparan "Basiani" (Gürcüstan), "Kaskelen" (Qazaxıstan) və "Tallinn Zapoos" (Estoniya) klubları oynayacaq.
Qrup oyunları iyunun 23-dən 29-dək keçiriləcək. Birinci qrupdan olan komandalar bir-biri ilə bir dəfə, ikinci qrupdakı komandalar isə iki dəfə bir-birini sınağa çəkəcək. İyunun 29-da qrup qalibləri arasında keçiriləcək qarşılaşma onların hansı qruplara vəsiqə qazanacağını müəyyən edəcək.
