"Arsenal"dan ayrılan Aleksandr Lakazettin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, fransalı hücumçu karyerasını ölkəsində davam etdirəcək. 31 yaşlı forvard sabiq klubu "Lion"a qayıdıb. Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Təcrübəli futbolçu Fransa klubuna azad agent statusu ilə keçib. Onunla 3 illik müqavilə imzalanıb.
Aleksandr Lakazett "Arsenal"a 2017-ci ilin yayında "Lion"dan transfer olunmuşdu.
