Cənubi Afrika Respublikasının II Liqasında futbolda görülməmiş hadisə baş verib.
Sportal.az xəbər verir ki, iki qarşılaşmada böyük hesab qeydə alınıb.
"Matiyasi" klubu ilə "Nsami Miqti" arasında keçirilən matç meydan sahiblərinin 59:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə qollardan 44-nü qonaqlar öz qapılarına vurub.
Onların rəqibləri "Dangereus Tiqer" - "Kototo Boyz" qarşılaşması isə 33:1 hesabı ilə yekunlaşıb. Burada qonaq komandanın futbolçuları 7 dəfə öz qapılarına qol vurub.
Buna görə dörd komanda da ömürlük futboldan uzaqlaşdırılıb.
