"Arsenal"ın yarımmüdafiəçisi Tomas Parti adını dəyişib.
Sportal.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Parti mərakeşli Sara Belle ilə ailə həyatı qurduqdan sonra bu addımı atıb.
28 yaşlı oyunçu Şərqi Qanada xristian ailəsində doğulub.O, bu ilin əvvəli İslam dinini qəbul edib. Yarımmüdafiəçi toy zamanı isə Yaqub adını götürüb. Futbolçu hələ ki, köhnə adı yazılmış forma ilə meydançaya çıxacaq.
2020-ci ildən "Atletiko"dan "Arsenal"a keçən futbolçu Qana millisinin üzvüdür.
saytlarin hazirlanmasi
