"Çelsi" Rudigerin yerinə onu transfer edir

18:41 - 9 İyun 2022

"Çelsi" "İnter"in müdafiəçisi Stefan de Vreyi heyətinə qatmaq istəyir.

 

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubu "Real"a keçən Anton Rudigerin yerini niderlandlı oyunçu ilə doldurmaq istəyir. Xəbərə görə, müdafiəçi bu yay klubu tərk edə bilər.

 

Stefan de Vrey 2012-ci ildən Niderland millisində çıxış edir.

 

30 yaşlı futbolçunun Milan təmsilçisi ilə müqaviləsi 2023-cü ilə qədərdir. Təcrübəli müdafiəçi geridə qalan mövsümdə komandanın heyətində 41 matçda meydanda olub.

Xəbər xətti