PSJ daha bir argentinalı futbolçusu ilə yollarını ayırır

18:59 - 9 İyun 2022

PSJ hücumçusu Mauro İkardi ilə yollarını ayırmağa hazırlaşır.

 

Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu 29 yaşlı oyunçunu satmaq istəyir. Bundan əvvəl isə digər argentinalı oyunçu Anxel Di Mariya azad agent kimi komandadan ayrılmışdı.

 

Futbolçunun PSJ ilə olan sözləşməsinin müddəti 2024-cü ilin yayına qədərdir.

 

İkardi 2019-cu ildən Paris təmsilçisində çıxış edir. Bu günə qədər komanda ilə 92 oyuna çıxan forvard 38 qolla yadda qalıb. 

Xəbər xətti