Rusiyalı hücumçu Artyom Dzyuba karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 33 yaşlı forvardın xidmətində "Fənərbaxça" maraqlıdır. Rusiya millisinin üzvü "sarı-lacivərtlilər"lə danışıqlar aparmaq üçün İstanbula gedib.
Dzyuba "Fənərbaxça"dan illik 2 milyon avro maaş tələb edir. Maaş məsələsində razılıq əldə olunsa, tərəflər münasibətləri rəsmiləşdirəcək.
Artyom Dzyuba "Zenit"in heyətində başa çatan mövsümdə meydana çıxdığı 39 matçda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
