Premyer Liqa klubu Danimarka millisinin üzvünü transfer etdi

20:39 - 9 İyun 2022

"Lids Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Zalsburq"un müdafiəçisi Rasmus Kristenseni transfer edib. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərə klubunun bu transferə görə qarşı tərəfə 10 milyon avro ödədiyi iddia olunur.

 

Müdafiəçi 2020-ci ildən çıxış etdiyi Danimarka millisində 6 oyun keçirib.

 

Kristensen daha öncə "Midtyulland" (Danimarka) və Niderlandın "Ayaks" klublarında çıxış edib.

Xəbər xətti