"Real" Dani Sebalyosu yay "transfer pəncərəsi"ndə satmaq istəyir.
Sportal.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, "kral klubu"nun rəhbərliyinin fikrincə, Luka Modriçlə müqavilənin uzadılması, "Monako"dan Orelyen Tçuamenin transferi ispan futbolçunun oynamaq şansını xeyli azaldacaq.
25 yaşlı yarımmüdafiəçi 2017-ci ildən Madrid klubunda çıxış edir. O, geridə qalan mövsüm bütün turnirlərdə 18 matça çıxıb. Sebalyosun klubla müqaviləsi gələn il iyulda başa çatır.
