PSJ-nin yay transfer büdcəsi məlum oldu

23:34 - 9 İyun 2022

PSJ rəhbərliyi yayda ediləcək transferlər üçün büdcəni müəyyənləşdirib.

Sportal.az "L 'Equipe" nəşrinə istinadən xəbər verir ki, Paris klubu futbolçuların keçidi üçün 80 milyon avro xərcləməyi düşünür. Lakin futbolçulardan biri satılarsa, o zaman transfer büdcəsi artırıla bilər. Klub artıq müəyyənləşən məbləğin 35 milyonunu "Sportinq"dən Nuno Mendeşi  birdəfəlik almaqla xərcləyib. 

19 yaşlı müdafiəçi PSJ-də icarə əsasında çıxış edirdi. Portuqaliyalı oyunçu mövsüm bitdikdən sonra klubla 4 illik müqavilə imzalayıb.

Xəbər xətti