Azarkeşlər "Neftçi"də əcnəbi mütəxəssis görmək istəyir - FOTO

23:51 - 9 İyun 2022

Dünən "Neftçi"nin Müşahidə Şurasının iclasından sonra Samir Abasovla yolların ayrıldığı, iyunun 14-nə qədər isə yeni baş məşqçinin təyin olunacağı bildirilib. Məlum olduğu kimi, "ağ-qaralar"ın rəhbərliyi baş məşqçi postunda üstünlüyü əcnəbi mütəxəssisə verəcək ki, namizədlərdən biri Viktor Qonçarenko digəri isə Yuri Vernidubdu.


Sportal.az bu məqsədlə telegram kanalında azarkeşlər arasında sorğu keçirib. Məqsəd isə "Neftçi" azarkeşlərinin komandanın baş məşqçi postunda hansı mütəxəssisi görmək istədiklərini öyrənmək olub.

Ümumilikdə səsverməyə əsasən respondentlərin 36 faizi "Neftçi"nin yeni baş məşqçisinin əcnəbi olmasına üstünlük verib. "Şerif"lə yollarını ayıran Yuri Vernidubu da baş məşqçi postunda görmək istəyən "Neftçi" azarkeşləri az deyil. Belə ki, ikinci ən çox səsi məhz ukraynalı mütəxəssis toplayıb - 28 %. Maraqlı məqam odur ki, ən az səs toplayan komandanın baş məşqçi postuna namizədlərindən digəri, belaruslu mütəxəssis Viktor Qonçarenko olub. O, azarkeşlərdən 11 faizinin etimadını qazana bilib.

 

https://t.me/sportalaz



Xəbər xətti