Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlandı

12:06 - 10 İyun 2022

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.

Sportal.az xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan millisi 255 xalla birinci pillədə qərarlaşıb.

Güllə atıcısı Ruslan Lunyov 220 xalla ikinci, bədii gimnast Zöhrə Ağamirova 170 xalla üçüncü sıradadı.

​Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Xəbər xətti