"Barselona"nı "Mançester Siti"yə dəyişə bilər

13:22 - 10 İyun 2022

"Barselona"nın futbolçusu Qaviyə İngiltərə Premyer Liqasından iki təklif var.

Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalıya ilk təklif "Liverpul"dan gəlib. Mersisayd klubu 17 yaşlı futbolçuya illik 9 milyon avro maaş ödəməyə hazırdı.

Onun xidmətində maraqlı olan digər klub isə "Mançester Siti"di. "Şəhərlilər" isə ona illik 6 milyon avro ödəməyi təklif edib.

Amma futbolçu özü "Barsa"da qalmağa üstünlük verir. Yekun qərar klublar arasında danışıqlardan sonra bəlli olacaq.

Xəbər xətti