Azərbaycan - Belarus matçını yunanıstanlı hakim idarə edəcək

15:14 - 10 İyun 2022

İyunun 13-də Millətlər Liqasının 4-cü turunda keçiriləcək Azərbaycan - Belarus oyununun hakimləri açıqlanıb.

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Anastasios Papapetru olacaq. Ona yan xətt hakimləri Trifon Petropulos və Yordanis Aptosoqlu kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qiorqos Tsorvas yerinə yetirəcək.

​"Dalğa Arena"da baş tutacaq oyuna saat 20:00-da start veriləcək.

Xəbər xətti