Yığmamız qazaxlara qalib gəldi

15:41 - 10 İyun 2022

Qəbələdə təlim-məşq toplanışını başa vuran U-19 yığmamız sonuncu yoxlama oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Qazaxıstanın U-19 yığması ilə qarşılaşan futbolçularımız 2:1 hesabı ilə qalib gəlib.

Yığmamızın hər iki qolunu Ağadadaş Salyanski vurub(57, 77-ci dəqiqələr).

Bu komandalar arasında iyunun 7-də keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.

Xəbər xətti