"Milan" İtaliya millisinin üzvünü transfer edir

17:50 - 10 İyun 2022

"Milan" "Roma"dan icarəyə götürdüyü müdafiəçi Alessandro Florentsini birdəfəlik transfer edir.

 

Sportal.az xəbər verir ki, klublar arasında müqavilənin son detalları müzakirə olunur. İtaliyalı oyunçunun keçidi alınarsa, "qırmızı-qaralar" paytaxt təmsilçisinə 4,5 milyon avro ödəməli olacaq.

 

Florentsinin "Roma" ilə müqaviləsi gələn ilin yayında başa çatır.

 

31 yaşlı oyunçu geridə qalan sezonda "Milan"la İtaliya çempionu olub. O, bu mövsüm komanda ilə bütün turnirlərdə 30 oyuna çıxıb.

Xəbər xətti