PSJ komandanın baş məşqçisi postuna Zinəddin Zidanı gətirməkdə israrlıdır.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmiləri bu keçidi rəsmi olaraq təsdiqləməsə də, yaxın vaxtda 49 yaşlı mütəxəssislə müqavilə imzalanması gözlənilir. Paris təmsilçisi baş məşqçi təyinatı rəsmiləşəndən sonra Zidanın israrla komandada görmək istədiyi Poqba transferini həll etmək istəyir.
Zidan son olaraq "Real"ı çalışdırıb. PSJ-nin hazırkı baş məşqçisi isə Maurisio Poçettinodur. Komanda son mövsüm onun başçılığı altında Fransa çempionu olub.
saytlarin hazirlanmasi
